Azərbaycanda iki avtomobil toqquşdu, xəsarət alanlar var

HADİSƏ 09 dek 2022, 23:20
Şəmkirdə yol-hərəkət qaydalarına riayət etməyən sürücü qəzaya səbəb olub, xəsarət alanlar var.

Demokrat.az
xəbər verir ki, hadisə rayonun "Kraz yolu" adlanan ərazidə qeydə alınıb.

"VAZ" markalı avtomobilin digər minik avtomobillə toqquşması nəticəsində, 1992-ci il təvəllüdlü R.Kərimova və 1970-ci il təvəllüdlü Ə.Hümbətova müxtəlif bədən xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

İlkin məlumata görə, hadisəyə səbəb sürücülərdən birinin hərəkətdə olan zaman nəqliyyat vasitəsinin işıqlarını yandırmaması olub.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top