Azərbaycanlı aktrisa vəfat etdi

İNCƏSƏNƏT 09 dek 2022, 16:55
Azərbaycanda aktrisa vəfat edib.

APA-nın cənub bürosunun xəbərinə görə, aktrisa Məqsudə Həsənağa qızı Əliyeva dekabrın 8-də Lənkəranda yaşadığı evdə uzun sürən xərçəng xəstəliyindən 57 yaşında dünyasını dəyişib.

Məqsudə Əliyeva 9 mart 1965-ci ildə Lənkəran şəhərində anadan olub. 1986-cı ildə Bakı Sənaye Pedaqoji Texnikumunu bitirib. N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 1981-ci ildən həvəskar aktrisa kimi fəaliyyətə başlayıb.

O, teatrın səhnəsində bir çox tamaşalarda - "Mahmud və Məryəm”də qulluqçu qız, "Vicdanın hökmü”ndə rus qızı, "Pul dəlisi”ndə solist, "Qaraca qız”da Nərgiz, "Onun iki qabırğası”nda Qumaş kimi obrazlar yaradıb.

Məqsudə Əliyevanın ən yaddaqalan rolu 2016-cı ildə çəkilmiş "Günəşim ol” teleserialındakı Zərnişan obrazı olub.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top