“İran hakimiyyətində bir çoxları artıq xilas haqqında düşünməyə başlayıb” — TƏHLİL

SİYASƏT 08 dekabr 2022, 15:43
“İranda istər Xomeyni dönəmində, istərsə də Xameneinin dönəmində insanların səsləri eşidilmirdi. Bunlar o insanlardır ki, gözləri ancaq 5 qəpik puldadır və yalnız onların sözlərini eşitmək istəyirlər. Xameneinin bacısının məktubunda da məhz bu faktlar açıq şəkildə qeyd olunub”.

Bu barədə Demokrat.az-a araşdırmaçı, siyasi fəal Məhəmməd Rəhmanifər danışıb. Ölkədə vəziyyətin həssas olduğunu deyən Məhəmməd Rəhmanifər hesab edir ki, Xameneinin bacısının bunları açıq şəkildə dilə gətirməsi bu rejimin artıq çökməsindən xəbər verir: 

“Xameninin bacısının əri də bir molla idi və elə inqilabın əvvəlində vilayəti fəqihə qarşı çıxdı. Onun üçün də bir müddət İrandan köçmək zorunda qaldı. Xomeyni öləndən sonra qaynı hökuməti ələ keçirdi və İrana döndü. Baxmayaraq ki, 20 il keçmişdi, lakin qoca vaxtında bu adam həbsə atıldı. İndi Xameneinin bacısı qızı da dustaqdadır. Düzdür, Xameyneinin bacısı bunu əvvəllərdə dilə gətirirdi, ancaq indi bunu dilə ondan xəbər verir ki, çoxları bu qərara gəlib ki, bu rejim getməlidir. Yəni madəm bu rejim gedəcək biz də özümüzü qurtaraq, xilas edək. Onun açıqlaması göstərir ki, İranda vəziyyət həqiqətən də gərgindir və artıq dövlətin elitası bu prosesin acı nəticələrə gətirib çıxaracağını düşünür və bir çoxları da buna əmindir. Hətta, dünya mediasında maraqlı bir xəbərlər yer aldı. Düzdür, bu çox ciddi şəkildə yayılmadı. Belə ki, Qərb dünyasının diplomatlarının bəzilərinin verdiyi bilgilərə əsasən İranda hakimiyyət rəsmilərinin bəzi ölkələrlə müzakirəsi aparılır. Onlar ABŞ qqaça bilməzlər deyə, Venesuella ilə danışıqlar aparırlar. Qeyd edim ki, Venesuella zaman-zaman İranın yanında olub. Əgər bu hökumət köçərsə, bu rejim devrilirsə, bunlar orada sığınmaya çalışırlar.  Artıq hakimiyyətin içində olanlar qorxuya düşüblər ki, bu rejim aradan gedəcək və davam gətirə bilməyəcək.  Ümumiyyətlə, bu rejim artıq sarsınıtıya düşüb və  çox davam gətirə bilməyəcək. Ona görə də, bəziləri özlərini xilas etmək istəyirlər. Yəni Xameneinin bacısının belə müraciət etməsi həm də onu təsdiq edir ki, İran hakimiyyətində bir çoxları artıq xilas haqqında düşünməyə başlayıb və özlərini sığortalayırlar”.  

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top