“Sülhməramlıları yerində oturtmaq lazımdır” — Elçin Şıxlı

GÜNDƏM 07 dekabr 2022, 16:20
“Rusiya sülhməramlılarının Azərbaycanın media təmsilçilərinə münasibəti xoşagəlməzdir və bunu çox pis dəyərləndirirəm”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna" və "Zerkalo" qəzetlərinin təsisçisi Elçin Şıxlı deyib. Tanınmış jurnalist qeyd edib ki, bu sülhməramlıların ikili standartıdır:

“Onlar bizim torpaqdadırlar və bizim torpaqda da bizi bəyənməyə bilməzlər. Yerlərində oturtmaq lazımdır və yavaş-yavaş da otuzduracağıq! Hər şey yaxşı olacaq. Son baş verən olaya münasibətim çox pisdir. Biz jurnalistik və bu barədə fəal olmalıyıq. Tez-tez o tərəflərə getmək istədiyimizi göstərməliyik ki, özlərini yığışdırsınlar. Ora bizim torpaqdır. Biz gedib hər şeyi görməli və baş verənləri millətə çatdırmalıyıq”. 

Nəzrin 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top