Xərçəngə tutulan məşhur aktrisa vəfat etdi — FOTOLAR

DÜNYA 06 dek 2022, 16:58
Filimləri ilə milyonlarla insanın qəlbini fəth edən Hollivud ulduzu Kristi Alley 71 yaşında vəfat edib .

Demokrat.az
xarici KİV-ə istinadla xəbər verir ki, bu haqda onun övladları məlumat veriblər.
Tru və Lilli Parker bildiriblər ki, analarında xərçəng yeni aşkarlanmışdı.

Övladları deyir ki, müalicə alsa da, təəssüf ki, anaları bu xəstəliyə qalib gələ bilmədi:

 "Anamızın yaşamaq həvəsi sonsuz idi. O, yaxşı ana və nənə idi. Həyatı, heyvanları, gözəllikləri sevirdi. O, bənzərsiz və bizi də özü kimi həyatı doya-doya yaşamağa ruhlandırdı".

Qeyd edək ki, Alley 1991-ci ildə "Emmi" mükafatına, 1994-cü ildə isə Davudun anası filmindəki obrazına görə, 2-ci dəfə Emmi mükafatına layiq görülüb. O, 1995-ci ildə isə Hollivudda ulduzlar zirvəsinə adını yazdırmağı bacarıb.

Aktrisaya ən çox uğur gətirən Con Travolta ilə birgə çəkildiyi "Bax, kim danışır" filmi olub.

Arzu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top