“Yeni evimdə ərimlə qalacağam” — Aysun İsmayılova

ŞOU-BİZNES 06 dek 2022, 16:06
Müğənni Aysun İsmayılova yeni ev aldığını açıqlayıb.

Demokrat.az
olay-a istinadla xəbər verir ki, bu haqda sənətçi "Xəzər axşamı" verilişinə qonaq olarkən danışıb.

O bildirib ki, mənzil 3 otaqdan ibarətdir:

"Bakıda yeni tikili binalardandır, 13-cü mərtəbədədir. İnşallah, bu həftə köçürəm. Evin əşyalarını reklamla doldurmuşam. Bütün cehizlərimi reklama almışam. Bir şeyi pulsuz ala bilirəmsə, niyə ona pul verim?

Reklamla edə bilirəmsə, heç vaxt ona pul vermərəm. Üç otağın biri mənim qarderobum, biri qonaq, biri də yataq otağıdır. Ailəliyəm, həyat yoldaşımla (Eşqin Cəlilov - red.) qalacam. Söz-söhbət olanda olur, heç nə olmaz. Min şükür, hər şey yaxşıdır".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top