“Dövlət Təhlükəsizlik Xidmətinin Naxçıvandakı əməliyyatlarını islahat adlandırmaq düzgün deyil. Yəni, əməliyyat islahat demək deyil, əməliyyat cinayət faktının üstünü açmaq və cəzalandırmaqdır. İslahatın isə proqramı olur, əvvəlcədən onun müzakirələri aparılır. Ona görə də, islahat barədə danışmaq üçün məlumatım ətraflı deyil. Naxçıvandakı əməliyyat yekunlaşmalıdır və əməliyyatın nəticələri barədə cəmiyyətə açıqlama verilməlidir. Bütün dövlət orqanlarında, icra hakimiyyətlərində getdiyi kimi, Naxçıvanda aparılan əməliyyatlar da həmin əməliyyatların bir davamıdır. Yəni, dövlət səviyyəsində harada korrupsiya, harada neqativ hallar var onlara qarşı mübarizənin bir epizodudur”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib. Millət vəkili qeyd edib ki, Naxçıvanın statusunun ləğvi ciddi məsələdir.
“Bu məsələ ciddi müzakirə olunmalıdır. Statusun ləğvi elə-belə hansısa dedi-qodu söhbəti deyil. Bu ciddi məsələdir və ciddi məsələ də ciddi quruluşların içində müzakirə olunur. Hələ elə ciddi müzakirə aparıldığını görmürəm. Jurnalistlər bəzən sual verirlər və sualın da mahiyyətini dərindən araşdırmadan fikirləşirlər ki, bu sual adi məsələdir. Kimsə desin ki, ləğv olunmalıdır, kimsə desin ki, qalmalıdır, kimsə də desin ki, həll olunmalıdır. Bununla məsələ həll olunmur. Bu, ciddi bir dövlət məsələsidir, konstitusiya məsələsidir. Naxçıvanın muxtariyyəti Azərbaycanın Konstiyusiyasında nəzərdə tutulub, dərhal refendurum keçirilməlidir, referunduruma maddələr salınmalıdır, nə çıxacaq, nə qalacaq. Ona görə də, bu elə-belə söhbət mövzusu deyil. Bu, ciddi hüquqi və siyasi məsələdir. Bu məsələnin də müzakirəsi hələ ki, heç bir platformada aparılmır”.
Nəzrin
Demokrat.az