Çexiya Ukrayna üçün sovet tipli sursatlar istehsal edəcək

DÜNYA 04 dek 2022, 18:59
Çexiya Ukraynanın ehtiyacları üçün bəzi sovet silah sistemləri üçün sursat istehsal etmək niyyətindədir.

Bunu dekabrın 4-də Çexiyanın müdafiə naziri Yana Çernoxova deyib.

“Çexiya müəyyən növ sursatlar istehsal etmək gücünə malikdir. Ona görə ki, bir sıra şirkətlər özəlləşdirilsə də bəzi istehsal xətləri olduğu kimi qalır”, - deyə nazir izah edib.
Bildirilib ki, Çexiyanın bu təklifi Ukraynada sursat ehtiyatlarının əhəmiyyətli dərəcədə tükənməsi və NATO ölkələrindən kifayət qədər sursat tədarükünün olmaması ilə bağlıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top