Ukraynanın istefa verən infrastruktur naziri baş nazirin müavini təyin edilib

DÜNYA 01 dek 2022, 19:47
Ukraynanın istefaya göndərilən infrastruktur naziri Aleksandr Kubrakov ölkənin baş nazirinin müavini təyin edilib.

Demokrat.az
xarici mətbuata istinadən bildirir ki, bunu Ali Radanın deputatı Yaroslav Jeleznyak deyib .

Kubrakovu yeni vəzifəyə təyin etmək üçün parlament əvvəlcə onun istefasına səs verib. 

"242 deputat onun  Ukraynanın infrastruktur naziri vəzifəsindən azad edilməsinə səs verib" - Jeleznyak deyib.

Keçmiş infrastruktur nazirinin Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini vəzifəsinə təyin olunmasını 263 deputat dəstəkləyib. 

Kubrakov yeni vəzifəsində iki birgə idarəyə - İnfrastruktur və Regional İnkişaf Nazirliyinə rəhbərlik edəcək.

Qeyd edək ki,  Kubrakov 2021-ci il mayın 20-dən Ukraynanın İnfrastruktur Nazirliyinə rəhbərlik edib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top