“Qazprom” məhkəməyə verilir

DÜNYA 30 noy 2022, 22:55
Almaniyanın "Uniper”şirkəti  “Qazprom”u Rusiyadan tədarük olunan qazın itkisi ilə bağlı məhkəməyə verir.

Demokrat.az xarici mətbuata istinadən bildirir ki,  “Uniper” məsələ ilə bağlı  iddia qaldırıb və zərərin ödənilməsini tələb edir, çünki iyun ayından etibarən “Qazprom”dan daha az təchizat alıb.

 Şirkət bunun müqabilində daha yüksək qiymətə qaz almağa məcbur olub.

Noyabrın əvvəlində Uniper bildirib ki, onun ilin doqquz ayı ərzində xalis zərəri Rusiya qazının tədarükünün azalması fonunda təxminən 40 milyard avro təşkil edib. 

Eyni zamanda bildirilib ki, şirkət Rusiyadan tədarüklərin həcminin azaldılmasını “Qazprom”un müqavilə öhdəliklərinin pozulması kimi qiymətləndirir.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top