Ətraf mühitin və su hövzələrinin qorunmasına dair layihəyə yekun vurulub

SOSİAL 30 noy 2022, 16:03
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsi çərçivəsində monitorinqin nəticələrinə həsr edilmiş hesabat nəşr edib. Hesabatda monitorinqi aparılmış su hövzələrində çirklənmənin vəziyyəti barədə məlumatlar əksini tapacaq. Hesabat müvafiq dövlət qurumlarına, ictimai birliklərə və ekspertlərə paylanmaq üçün nəzərdə tutulub. Hesabatın nəşri ilə layihəyə yekun vurulub.

Qeyd edək ki, layihənin məqsədi Azərbaycanda sahillərin və su hövzələrinin, sulardakı biomüxtəlifliyin, ətraf mühitin təmizliyinin qorunmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır.

Layihə çərçivəsində “ekosular.az” saytı yaradılıb.

Saytda ətraf mühitin, o cümlədən, su hövzələrinin təmiz saxlanması, biomüxtəlifliyin qorunmasına dair araşdırma məqalələr, məlumatlandırıcı və maarifləndirici araşdırmalar, ekspertlərin təkliflərini təqdim edən yazılar yayımlanır. B

u cür məlumatlandırıcı və maarifləndirici yazılar layihə bitdikdən sonra da layihə çərçivəsində yaradılmış saytda dərc olunmaqda davam edəcək. Məlumat üçün bildirək ki, həmin yazılar, paralel olaraq müxtəlif media qurumlarında da yayımlanmaqla, ictimaiyyəti və müvafiq qurumları su hövzələrinin çirklənməsi barədə məlumatlanmağa, çirklənmənin qarşısını almaq üçün səfərbər olmağa səsləyir.
 
İlkin Ağayev
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top