Növbəti 1/8 finalçılar: İngiltərə və ABŞ — YENİLƏNİB

İDMAN 30 noy 2022, 01:05
Bu gün DÇ-2022-də B qrupunda mübarizəyə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin III turunun hər iki oyunu eyni vaxtda start götürüb.


1/8 finala iki vəsiqənin sahibinin müəyyənləşəcəyi qarşılaşmalarda bütün komandaların qrupdan çıxmaq şansı qalmışdı.

Britaniyalıların duelində İngiltərə Uelsə heç bir şans verməyib. 3:0 hesabı ilə qalib gələn ingilislər qrup qalibi kimi adını növbəti mərhələyə yazdırıb.

Təkcə günün deyil, bəlkə də bütün qrup mərhələsinin ən prinsipial duelində İranla ABŞ qarşılaşıb. Üç xal qazanacaq komanda 1/8 finala yüksələcəkdi. Bu gərgin qarşıdurmanın taleyini bir qol həll edib. Kristian Pulişiçin qolu amerikalıları 1/8 finala yüksəldib.

Qeyd edək ki, III turun ilk oyun günündən sonra A qrupundan Niderland və Seneqal növbəti mərhələyə adlayıb. Beləliklə, 1/8 finalda Niderland ABŞ-la, İngiltərə isə Seneqalla üz-üzə gələcək.

DÇ-2022, qrup mərhələsi
B qrupu
III tur, 29 noyabr
23:00. Uels – İngiltərə 0:3

Qollar: Markus Reşford, 50, 68, Fil Foden, 51
23:00. İran – ABŞ 0:1

Qol: Kristian Pulişiç, 38

***
Qətərdə keçirilən dünya çempionatının B qrupunun III turunda İran və ABŞ yığmaları qarşılaşırlar.


Qarşılaşmada ilk hissə başa çatıb.

ABŞ yığması 1:0 hesabı ilə öndədir.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 mar 2024, 00:27
Top