İranın zülmət telekanalı olan "Səhər" kanalı: İran mediası məcbur edir ki, biz də onların liderlərini hədəfə alaq

GÜNDƏM 29 noy 2022, 18:10
Azərbaycanın dövlət və özəl televiziya kanallarından hələki heç biri birbaşa Xomeynini və Xameneyini hədəfə almayıb, onların ünvanına sərt ifadələr, hədə dolu mesajlar ünvanlamayıb.

Bizim telekanallar ümumən İranın anti-Azərbaycan siyasətini tənqid etməyə üstünlük verirlər.

Ancaq İranın zülmət telekanalı olan "Səhər" kanalı isə birbaşa İlham Əliyevi hədəfə alıb. İlham Əliyevin Güney Azərbaycanla bağlı səsləndirdiyi fikirlər onları düşündürmək əvəzinə və güneyli soydaşlarımıza qarşı ədalətsizliklərə son qoymaqları barədə tədbir görmək əvəzinə cızdaqlarını çıxarıb.

İran mediası məcbur edir ki, biz də onların liderlərini hədəfə alaq, çoxlarının bilmədikləri həqiqətləri açıb ortaya tökək.

Elə təkcə şəhid din xadimimiz, böyük soydaşımız ayətullah Şəriətmədariyə qarşı vaxtilə Xomeyni rejimi tərəfindən edilən haqsızlıqları və zülmləri gün işığına çıxarmağa başlasaq, güneylilər hazırkı molla rejiminin daşını daş üstə qoymazlar.

İranın özündə və xarici ölkələrdə Xomeyniyə və onun davamçısı Xameneiyə müxalif olan bir çox din xadimləri var ki, Azərbaycan mediası onları tapıb danışdırmağa başlaya bilər.
Bax, o zaman "Səhər" kimi kin və nifrət televiziyalarının, təxribatçı mediaların səsləri xırp kəsiləcək.

Bəybala Mirzəyev
visiontv.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top