“Qondarma rejimin daxilində ciddi parçalanmalar var” — Partiya sədri

SİYASƏT 29 noy 2022, 10:54
“Hazırda qondarma rejimin daxilində ciddi parçalanmalar var. Son istefaların, yeni qondarma məmurların təyin edilməsi, yeni qanunsuz birləşmənin yaradılması, orada olan qanunsuz birləşmələrin daxilində belə çatın, qırılmaların və mərkəzdən qaçmaların olduğunu göstərir. Separatçılar birləşmənin daxilində belə çatın, qırılmaların və mərkəzdən qaçmaların olduğunu göstərir. Separatçılar orada yaşayan, Azərbaycan vətəndaşı olan ermənilərə hər vəchlə sübut etməyə çalışırlar ki, əslində biz uğursuz deyilik. Biz uğur əldə edəcəkdik, sadəcə təqsir komandadır. Təqsir bu qondarma rejimi idarə edən separatçılardadır”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib. Partiya sədri qeyd edib ki, Rusiya ora əl altısını yollamaqla, orada indi bir rekonstruksiya işləri həyata keçirir. 

“Bir növ Azərbaycanın suveren ərazisində özbaşına qanunsuz fəaliyyətdə bulunurlar. Təbii ki, cavablarını ən sərt formada alacaqlar. Onlar sabah bunun nə ilə cavablanacağını bilsələr bu cür də mənasız, gülünc addımlar da atmazlar. Hesab edirəm ki, separatçıları yerində oturtmağa Azərbaycan ordusunun gücü yetərincədir. Sadəcə Azərbaycan səbrlə, dözümlə rəftar edir. Təbii ki, bu dözümün sonu vardır. Sonu da heç də uzaqda deyil. Hesab edirəm ki, 10 noyabrda ağlayaraq, yalvararaq məlum bəyanata imza atanlar bir daha Azərbaycan hüquq-mühafizə orqanlarının keçirəcəyi antiterror əməliyyatı nəticəsində Azərbaycan məhkəmələrini çıxarıldıqda biz onların göz yaşını canlı görəcəyik. Təəssüflər olsun ki, onları sülhməramlı mandatı adı altında, sülhün təmin etməli olan qanunsuz silahlı birləşmələri tərkisilah etməli olan Rusiya sülhməramlıları himayə edib. Görünür Azərbaycan ordusu öz sözünü deməyə məcbur qalacaq. Ya sülhməramlılar öz üzərlərinə götürdüklərinə əməl etməli olacaqlar, ya da Azərbaycan ərazilərindən vaxtından əvvəl tərk etmək məcburiyyətində qalacaqlar. Himayə etdikləri separatçılarla bir yerdə “dəmir yumruğu” başlarının üzərində görəcəklər. Hər halda hesab edirəm ki, düzünü bizə 44 günlük Vətən müharibəsində zəfər qazandımış Ali Baş Komandan bilir. Düzü nədirsə, Ali Baş komanda düz bildiyini edəcək. Mən Prezident Əliyevin qətiyyətinə güvənirəm. Düşünürəm ki, hər bir milli qüvvə ölkəsinin ərazi bütövlüyünün qorunması, təmin edilməsi istiqamətində vahid siyasi mövqedə çıxış etməlidir və bu hər bir siyasi qüvvənin vətən qarşısında borcudur”.

Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top