Qətərdə israilli jurnalistin başına gələnlər — Hara getdisə, qovdular

DÜNYA 28 noy 2022, 22:26
Futbol üzrə Dünya çempionatı üçün Qətərə yollanan israilli jurnalisti ölkədə heç kim istəməyib. 


Demokrat.az xəbər verir ki, reportyor Dror Hoffman taksi sürücüsünün onlardan pul almaq istəmədiyini və qardaşlarını öldürdüklərini bildirib. 


İsrailli müxbir iddia edir ki, onu və çəkiliş qrupunu taksidən çölə çıxarıblar. O, hadisələrlə bağlı açıqlamasında taksi sürücüsü bizi yolun ortasında qoyub, "qardaşlarını öldürdüyümüzü, bizdən heç bir pul almayacağını" deyib.

Daha sonra həmin müxbir onların israilli olduqları üçün restorandan qovulduqlarını deyib. Həmçinin, israilli olduqları üçün Qətərdə dünya çempionatını izlədikləri restoranı tərk etməyi tələb ediblər. 

"Restoranın yanında çəkiliş apararkən restoranın sahibi yanımıza gəlib haradan olduğumuzu soruşdu. İsrailli olduğumuzu biləndə mühafizəçiləri gətirdi və getməyimizi  və çəkdiyimiz görüntüləri silməyimizi istədi. Mən bura  futbol haqqında danışmaq üçün gəlmişdim. Lakin qarşılaşdığım bu hadisələr məni çox kədərləndirir, özümü pis hiss edirəm" - deyə o əlavə edib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top