Parisdə etiraz aksiyası keçirən soydaşlarımız bəyanat qəbul ediblər

GÜNDƏM 28 noy 2022, 20:23
Fransanın paytaxtı Parisdə etiraz aksiyası keçirən soydaşlarımız bəyanat qəbul ediblər.

“Report”un yerli bürosu bildirir ki, Milli Assambleyada Azərbaycan əleyhinə qətnamə layihəsinə etiraz edən diaspora üzvləri aksiyanın sonunda bəyanatı Fransa Milli Assambleyasına  təqdim ediblər. 
Bəyanatda soydaşlarımız fransız deputatların yalnız bir tərəfin - ermənilərin maraqlarını müdafiə etmələrinə narazılıqlarını bildirərək, onların qərəzli münasibətlərini qətiyyətlə pisləyiblər.

Sənəddə diaspora üzvləri deputatlardan ədalətli olmağı, terrorizmə yox deməyi, regionda sülhün bərqərar olmasına töhfə verə bilmədikləri halda, ən azından neytral qalmağı, xalqlar arasına nifaq toxumu səpməməyi tələb edirlər.

Qeyd edək ki, Milli Assambleyada Azərbaycan əleyhinə qətnamə layihəsinin müzakirəyə çıxarılması ilə əlaqədar bu gün keçirilən etiraz aksiyasında Fransa ilə yanaşı Böyük Britaniya, Hollandiya, İsveçrə, Macarıstan, Belçika, Polşa və digər Avropa ölkələrindən gələn soydaşlarımız iştirak ediblər. Aksiyada azərbaycanlılarla yanaşı xaricilər də iştirak ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top