“Fərq qoya bilmirsən ki, erməni kimdir, fransız kimdir?!” — Deputat

SİYASƏT 28 noy 2022, 16:33
“Ermənistan deyilən dövlət qurumu, hələ də dövlət olmamışdan əvvəl bu köçəri xalq onun-bunun əlində bir çömçə olub. Bunlar bir xalq olaraq heç bir zaman öz fikrinin sahibi olmayıb. Kim güclüdürsə, onun qoltuğunu qəbul edib. Kim nə sifariş veribsə, o sifarişi yerinə yetirib. Dövlət olmamışdan əvvəl necə olubsa, dövlət olandan sonra da eyni siyasəti aparıb. Xatırladım ki, Ermənistan Azərbaycan torpaqlarında 1918-ci ildə bir dövlət kimi elan olunub. Elan olunanda da kimləri istinad edilib? Kimlərin gücündən kömək alıb? Bir tərəfdən Amerika Birləşmiş Ştatları, bir tərəfdən əvvəl Çar Rusiyası, sonra sovet Rusiyası, bir tərəfdən Fransa, bir tərəfdən İngiltərə və bir tərəfdən də hansısa mason dövlətlərindən kömək alıb. Yəni, bu xalq bir xalq olaraq özünə heç vaxt güvənməyib, arxayın olmayıb. Azərbaycan torpqlarında bərqərar olan bu dövlət elə ilk müharibəni də, ilk soyqırımı da Azərbaycan əhaliyə türk-müsəlman əhalisinə qarşı başladı”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat əlavə edib ki, sovet dönəmində harada sovet rəhbərliyi olubsa, o rəhbərliyin böyründə, başında, ayağında da həmişə erməni olub. 

“Onlar sovet rəhbərliyinin gücündən istifadə etməklə, Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal edib. 1991-ci ildə də SSRİ-nin dağılması və müttəfiq respublikaların müstəqil dövlətlərə çevrilməsindən sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və bu ərazi iddialarından doğan Ermənistan işğalçı müharibəsini həyata keçirdi. Bu müharibə də XX əsrin əvvəllərində hansı dövlətlər Ermənistanı müdafiə edirdisə, Ermənistanı qurdularsa, XX əsrin sonlarında da həmin dövlətlər - ABŞ, Fransa və Rusiya Federasiyası Ermənistan üçün hər şey etdilər. Ermənistanın işğalını həyata keçirmək üçün hər cür silahlar verdilər, həm də satmadılar, bağışladılar. Amma, 2020-ci ilin noyabrında məğlub olan Ermənistan bu gün məğlubiyyəti ilə barışmaq istəmir. Əslində, Ermənistan barışmalıdır! Bir tərəfdən erməni diasporu, erməni lobbisi, o biri tərəfdən də həmin dövlətlərdir ki, onu müdafiə edir. Fransa özünü az qala elə erməni kimi aparır. Fərq qoya bilmirsən ki, erməni kimdir, fransız kimdir?! Həm də iki bacı kimi! ABŞ-ın 82-83 yaşlı palata sədri Ermənistana gəlib göz yaşı tökürsə, bu bir tərəfdən acı təəssüf doğurur, ikinci tərəfdən də bu palatanın sədrinin Ermənistana olan dərin məhəbbətini göstərir. Ancaq bu məhəbbətin kökündə nə dayanır, o məlum deyil?!”.

Millət vəkili qeyd edib ki, bu gün bir tərəfdən ABŞ planı, bir tərəfdən Rusiya planı, bir tərəfdən Fransa planı həyata keçirilməsi planlaşdırılır.

“Təbii ki,  bütün bunların hər birinin kökündə dayanan nə olduğunu bilmirik. Nəyin bahasına olursa-olsun Azərbaycan öz tarixi torpaqlarına sahib durmasıdır! Azərbaycanlı bu gün öz haqqını müdafiə edirsə, bunun nəyi pisdir? Azərbaycan öz tarixi torpaqlarına sahib olmaq istəyirsə, bunun nəyi pisdir? Bunun kimə nə ziyanı var? Ermənistan  Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayıb. Buna görə Ermənistana bir dənə acı söz deyən yoxdur! Bu gün Ermənistan Azərbaycan torpaqlarında milyonlarla mina yerləşdirib, ona bir söz deyən yoxdur! Amma, Azərbaycan öz tarixi torpaqlarının öz sərhəddindədir, az qala Azərbaycanla bağlı hər cür bədnam böhtanlar deyilir. Kim nə deyirsə-desin Azərbaycan və Azərbaycan xalqı, Azərbaycan ordusu  və xalqı və ordunu “dəmir yumruğa” çevirən Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün o gücün sahibidir. Xalq ona məhəbbətini göstərir! Ordu ona sədaqətini göstərir! Təbii ki, türk-müsəlman dünyası da, hətta türk-müsəlman olmayanlar belə Azərbaycanın haqq işini müdafiə edirlər. Bu mənada ermənilər ya gizli, ya açıq Azərbaycan torpaqlarında mina basdıra bilərlər, Laçın koridorundan ermənilər üçün terrorçu dəstələri üçün silah gələ bilər, ancaq bunların heç biri Azərbaycanın əzmini qıra bilməz! Azərbaycan öz haqq işindən döndərə bilməz! Azərbaycan iri addımlarla və sürətlə irəliləyir! Bütün dünya Azərbaycanın bu gücünü görür və onu təqdir edir! Dünyanın müəyyən nüfuzlu təşkilatları, müəyyən dövlətləri Azərbaycanı görməyə bilər. Ancaq dünya təkcə onların gözündə deyil ki!?”.

Nəzrin 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top