Nazir: “Cəbrayılda mobilizasiya şəhərciyinin salınması yekunlaşıb” — FOTO

QARABAĞ 28 noy 2022, 13:05
Cəbrayıl rayonunda yaradılmış sənaye parkında mobilizasiya şəhərciyinin salınması yekunlaşıb.

Bununla bağlı iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” hesabında paylaşım edib. 

Paylaşımda bildirilir:

“Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişafı məqsədilə Cəbrayıl rayonunda yaradılmış və 200 hektar ərazini əhatə edən Araz Vadisi İqtisadi Zonası Sənaye Parkında mobilizasiya şəhərciyinin salınması yekunlaşıb, zəruri sosial infrastruktur yaradılıb. Sənaye parkında görülən işlər bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasına, yerli istehsalın inkişafına böyük təkan verəcək, məşğulluq səviyyəsinin yüksəldilməsinə əlavə imkanlar yaradacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top