Azərbaycandakı nakomanların sayı AÇIQLANIB

HADİSƏ 28 noy 2022, 12:07
2021-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34602 nəfər təşkil edib.

Demokrat.az
xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabr aylarının yekununa dair hesabatda bildirilib.

Rəsmi məlumata görə, həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir.

Hesabat dövründə 695 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxub. Ümumilikdə 1987-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 10065 nəfər qeydiyyata götürülmüşdür (9737-si Azərbaycan vətəndaşı, 328-i əcnəbi). İİV-ə yoluxanların 7171-i kişi, 2894-ü qadındır. Onlardan 3551-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2494 nəfəri hazırda dispanser qeydiyyatındadır.

2022-ci ilin 10 ayı ərzində antiretrovirus terapiyasına (ART) cəlb olunan 700 pasiyentdən 88 nəfəri inyeksion narkotik istifadəçisi olub.

Hesabat dövrü ərzində  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 1792 vətəndaş müraciəti daxil olub ki, onların 222-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 721-i narkotik asılılıqdan müalicə, 849-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara  943  məktub ünvanlanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top