İranda teatr işçiləri hicabdan imtina etdilər — VİDEO

REGİON 28 noy 2022, 11:18
İran teatr işçiləri hicabdan imtina ediblər.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

İranlı teatr xadimləri Həmid Purazəri, Suheyla Qolestani və digərləri “Instagram” hesablarında  hicabı çıxartdıqlarını əks etdirən video yayımlayıblar.

Onlar bu videonu “Qadın, həyat, azadlıq” və “Biz hamımız birlikdəyik” həştəqləri ilə paylaşıblar. “Şou bitəcək və həqiqət üzə çıxacaq. Saysız-hesabsız yollar var və yeni gün üçün çoxlu ümidlər var”, - deyə onlar qeyd ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top