Nigar Şabanova: "Həkim əməliyyat etməyi boynuna götürmür" — VİDEO

ŞOU-BİZNES 27 noy 2022, 22:54
Əməkdar artist Nigar Şabanova plastik əməliyyat etdirib.

Sənətçi kompleks etdiyi qarın piylərindən birdəfələk azad olmaq üçün bıçaq altına girərək "liposaksiya" etdirdiyini açıqlayıb:

"Bədənimdən piy çəkdirdim. Qarın hissəmdəki piyləri çəkdirdim. İstədiyim kimi geyinə bilmirdim. Daim geniş şalvar, köynək geyinirdim. Yaşımdan da böyük görünürdüm".

Şabanova müsahibəsində daha bir plastik əməliyyat keçirmək niyyətində olduğunu söyləyib:

"Burnumu yenidən plastik əməliyyat etdirmək istəyirəm. Amma burnumun dərisi qalın olduğu üçün heç bir həkim onu əməliyyat etməyi boynuna götürmür".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top