Albaniya və Keniyada Azərbaycan səfirlikləri fəaliyyət göstərəcək

XARİCİ SİYASƏT 26 noy 2022, 16:34
Azərbaycan Respublikasının Albaniya və Keniyada səfirlikləri fəaliyyət göstərəcək.

Prezident.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb. 

Albaniyadakı səfirlik Tirana, Keniyadakı isə Nayrobi şəhərində təsis olunacaq. 

Səfirliklərin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etmək Azərbaycan Nazirlər Kabinetinə, strukturunu və ştat cədvəlini təsdiqləmək isə Xarici İşlər Nazirliyinə həvalə olunur. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top