Ramzan Kadırovun oğlu 1,4 milyon dollarlıq saatla foto paylaşdı...

DÜNYA 26 noy 2022, 08:56
Müxalifətçi siyasətçi Aleksey Navalnının komandası Çeçenistan rəhbərinin 15 yaşlı oğlu Adam Kadırovun 85 milyon rubl dəyərində saat taxdığını aşkar edib.

Demokrat.az xarici agentliklərə istinadən xəbər verir ki, oğul Kadırov həmin saatla qarışıq döyüş növləri ustası Abdurahman Dudayevlə birlikdə İnstaqram səhifəsində foto da yerləşdirib. Şəkil oktyabrın 23-də, BƏƏ-dəki beşulduzlu “Raffles The Palm Dubai” otelində çəkilib.

Navalnının komandası bu saatın “Audemars Piguet” modeli olduğunu müəyyən edib, onun qiyməti təxminən 85 milyon rubl, yəni 1,4 milyon dollardır. Adam Kadırovun həmin şəkildə 170 000 rubl (2800 dollar) dəyərində "Louis Vuitton" çantası və 30 000 rublluq (təxminən 500 dollar) "Burberry" köynəyi geyindiyi görünür.

Qeyd edək ki, hələ bu ilin aprel ayında Navalnının komandası Çeçenistan rəhbəri Ramzan Kadırovun ümumi dəyəri təxminən 500 milyon rubl olan saat kolleksiyası haqqında film dərc etmişdi. Kolleksiyanın ən bahalı saatı olan “Franck Muller Aeternitas Mega” markasının qiyməti 187 milyon rubldan (3 milyon 100 min dollar) çoxdur.

Ramzan Kadırovun Dubayda elit villası var. O, xurma ağacı şəklində məşhur adada yerləşir və Palm Jumeirahdakı beşulduzlu “Zabeel Saray Royal Residences”in bir hissəsi sayılır.

Nusavat.com


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top