“Ermənistan Azərbaycana qarşı mina müharibəsi aparır” — AÇIQLAMA

SİYASƏT 25 noy 2022, 22:58
“2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatı ilə Azərbaycan və Ermənistan arasında müharibə dayandırıldı, atəşkəs elan edildi. Buna baxmayaraq Ermənistan əslində iki istiqamətdə müharibəsinə son qoymayıb. Bir yandan Azərbaycana qarşı mina müharibəsini aparır, digər yandan isə informasiya müharibəsini daha da şiddətləndirir”. 
 
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, bu isə nəticə etibarilə postmüharibə dövründən həlli gözlənilən məsələlərin tənzimlənməsi üçün nəinki münbit şərait yaratmır, əksinə çox ciddi problemlər yaradır:

“Bu gün heç kəsə sirr deyil kimi, Ermənistanın işğal etdiyi ərazilərdə 30 il ərzində minalanma prosesini həyata keçirib. Ermənistan Azərbaycan ərazilərinə 1 milyondan artıq mina basdırıb. Yeri gəlmişkən, ölkə prezidenti cənab İlham Əliyev də qeyd edib ki, Ermənistanın mina xəritələri Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqlik əmsalı 25 faizə bərabərdir. Eyni zamanda, bu istiqamətdə müvafiq beynəlxalq qurumlardan da Azərbaycana heç bir maliyyə dəstəyi yoxdur. Bütün güc Azərbaycanın öz üzərinə düşür və biz öz imkanlarımız hesabına bu ağır problemi həll etmək istəyirik. Beynəlxalq birlik də bu məsələlərdə Ermənistana təzyiq etməlidir, çünki mina basdırılması insanlıq əleyhinə bir cinayətdir. Ən dəhşətlisi isə onunla bağlıdır ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov da bu günlərdə vurğuladı ki, 10 noyabr sənədində Laçın dəhlizi vasitəsilə yüklərin, insanların, nəqliyyatın daşınmasına icazə verir. Amma Ermənistan Laçın dəhlizindən istifadə etməklə, yenə də mina basdırması siyasətini həyata keçirir. Yenə də, Azərbaycana qarşı mina müharibəsini davam etdirir. Bu, qəbuledilməzdir! Azərbaycan Laçın dəhlizinin açılmasına humanitar prinsipləri nöqteyi-nəzərindən çıxış etməyə icazə verib. İcazə verməyib ki, bu dəhlizdən Azərbaycan əleyhinə mina müharibəsi aparılması üçün istifadə edilsin. Azərbaycan əraziləri minalansın. Bu, yolverilməzdir! Azərbaycan bu məsələlərdə  prinsipal və qətiyyətli mövqeyi var. Və xarici işlər naziri də bu məsələlərlə bağlı beynəlxalq ictimaiyyəti də biur daha məlumatlandırdı ki, Ermənistan bu siyasətinə son qoymasa, təbii ki, bundan sonra baş verə bilcək bütün proseslrəə görə məsuliyyət məhz Ermənistanın üzərinə düşəcək”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top