Ərdoğan: “Türkiyə, Azərbaycan və Pakistan əməkdaşlığı sürətlə inkişaf edir”

REGİON 25 noy 2022, 22:41
“Türkiyə, Azərbaycan və Pakistan əməkdaşlığı sürətlə inkişaf edir”.

Demokrat.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Pakistanın baş naziri Şahbaz Şəriflə görüşdə ikitərəfli əməkdaşlıq müzakirə olunub, həmçinin ümumi gündəliyin mühüm regional və beynəlxalq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Şahbaz Şərif də öz növbəsində Türkiyənin qoşulması ilə Çin-Pakistan İqtisadi Dəhlizinin genişləndirilməsini təklif edib.

Baş nazir bunun tərəflər üçün əla imkanlar açacağını vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
03 fev 2023, 22:10
Top