Tehranda həbs olunan vəkildən xəbər yoxdur

REGİON 25 noy 2022, 19:05
Güney Azərbaycanın tanınmış vəkili Mustafa Nilinin vəziyyəti barədə məlumat yoxdur.

Demokrat.az xəbər verir ki, bu barədə vəkilin bacısı Fatimə Nili sosial media hesabında paylaşım edib.

O bildirib ki, məhkəmə sistemi orqanlarına edilən çoxsaylı müraciətlərə cavab olaraq vəkilin Evin həbsxanasının təhlükəsizlik bölməsi sayılan 209-cu bəndində saxlanıldığını deyilib.

Qeyd edək ki, Tehranda yaşayan tanınmış vəkil Mustafa Nili noyabrın 7-si SEPAH-ın təhlükəsizlik bölməsinin məmurları tərəfindən həbs edilib.

İranda etiraz aksiyalarının başlamasından bəri saxlanılan vəkillərin sayı 16-ya çatıb.(Axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top