Elza İbrahimova ilə bağlı Baş nazirə müraciət edildi

SOSİAL 25 noy 2022, 12:42
“Gələn il azərbaycanlı bəstəkar, Azərbaycan Respublikasının və Dağıstanın Xalq artisti Elza İbrahimovanın 85 illiyi tamam olacaq. Amma onun adının əbədiləşdirilməsi üçün görülən işlər yarımçıq qalıb”.

Demokrat.az
xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

“Sənətçinin 85 illiyinə az qalıb, hörmətli Baş nazirin burada olmasından istifadə edərək bildirirəm ki, Elza İbrahimovanın yaşadığı yerdə memorial abidənin qoyulmsı ilə bağlı qərar vardı. Amma təəssüf ki, memorial abidə qoyulmayıb. Elza xanımın Vətən, Qarabağ üçün çox vacib, gözəl əsərləri var. Onu diqqətdən kənar qoymaq olmaz. Gələn il yubileyi ilə bağlı onun adının əbədiləşdirilməsi üçün işlər görülməlidir”, - komitə sədri təklif irəli sürüb./modern.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top