Deputat hökuməti SMA xəstələrinə yardım etməyə ÇAĞIRDI

SOSİAL 25 noy 2022, 11:47
Bu ilin dövlət büdcəsindən səhiyyə xərclərinə 1,9 milyard manat vəsait ayrılıb, bu da ötən illə müqayisədə 11 faiz çoxdur.

Demokrat.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elşad Mirbəşiroğlu bildirib.

"Amma mənim burada diqqət çəkəcəyim mövzu fərqlidir. SMA xəstələrinə dövlət tərəfindən diqqət olmalıdır. Hazırda Azərbaycanda 28 uşaqda bu xəstəlik mövcuddur. Hökumət üzvləri də buradadır, mən onlardan bu məsələyə diqqət yetirmələrini istəyirəm. Xəstəliyin müalicəsi üçün 2 milyon dollardan çox vəsait tələb olunur. Bunun ödənilməsi çox çətindir”, -deyə deputat təklif irəli sürüb./modern.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top