Novxanı qəsəbəsində baş tutan görüşdə sahibkarlar nələrə toxunublar? — VİDEO

SOSİAL 24 noy 2022, 17:46
“Vətəndaşların xidmətində durmaq bizim vəzifə borcumuzdur. Bu gün də “Açıq mikrofon”a qatılan şəxslərdən qaz təchizatında üzləşdiyi problemləri səsləndirməyi xahiş edirəm”.

Bunu SOCAR "Azəriqaz" İB-nin şöbə rəisi Rövşən Məhyəddinov "Səyyar qəbul otağı"nda çıxışı zamanı bildirib. Qurum rəsmisi aksiyada ünvanlanan müraciətlərin operativ şəkildə həll ediləcəyini vurğulayıb.

“Açıq mikrofon” aksiyasında iştirak edən KOBİA nümayəndəsi Elmar Rzayev Novxanıda fəaliyyət göstərən sahibkarlara hər zaman üzləşdikləri problemlərin həlli istiqamətində yardım etməyə hazır olduqlarını qeyd edib və SOCAR "Azəriqaz" İB-nin KOBİA ilə birgə həyata keçirdiyi aksiyaları yüksək qiymətləndirib.

Mikrofon önünə keçən sahibkarlar eyni müraciətlə çıxış ediblər:

“Xahiş edirik dövlət yoxlanmasına aparılan sayğacların rəyini tezliklə bizə təqdim edəsiniz”.

Sahibkarlarla yanaşı, sakinlər də mikrofon önünə keçərək müraciətlərini ünvanlayıblar. 

Görüşdə səsləndirilən problemlərin araşdırılması və aidiyyəti üzrə yönləndirilməsi üçün bütün müraciətlər qeydə alınıb.

Ətraflı video materialda:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top