Deputatlar ölümdən sonra orqanlarını bağışlayacaqlar

DÜNYA 24 noy 2022, 17:14
Misir parlamentinin deputatları ölümdən sonra orqanlarını bağışlayacaqlarını bəyan ediblər.

Demokrat.az
xəbər verir ki, deputat İnes Abdel-Halim belə bir qərarın orqan transplantasiyası əməliyyatlarına ehtiyacı olan xəstələrin həyatını xilas etmək üçün verildiyini diqqətə çatdırıb.

Onun sözlərinə görə, parlament üzvləri bu addımla vətəndaşlar arasında orqan donorluğu mədəniyyətinin yayılmasına töhfə vermiş olacaqlar. 

Deputatlarla yanaşı, Misirin incəsənət xadimləri də ölümdən sonra bədən orqanlarını bağışlamağa qərar verdiklərini açıqlayıblar./Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top