Ronaldonu əvəzləyəcək hücumçu tapıldı — FOTO

İDMAN 24 noy 2022, 14:19
Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

İnsayder Rudi Qaletti: "Portuqaliyalı ulduz Kriştianu Ronaldu ilə yolları ayıran "Mançester Yunayted" hücum xəttini gücləndirmək niyyətindədir. İngiltərə təmsilçisinin baş məşqçisi Erik ten Haq Almaniyadan futbolçu bəyənib. Söhbət Münhenqladbax "Borussiya"sında çıxış edən Markus Türamdan gedir. Mançester klubu yanvarda transferi rəsmiləşdirmək fikrindədir. 

Qeyd edək ki, 25 yaşlı fransalı forvard "Bayern Münhen", "Tottenhem" və "Yuventus"un da maraq dairəsindədir. Onun komandası ilə müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. 

"90min": "Çelsi" qapıçısı Eduard Mendini "Tottenhem"ə təklif edib. Seneqallı əlcək ustası "zadəganlar"ın yeni baş məşqçisi Qrem Potterin favoriti deyil. O, daha çox ispaniyalı Kepa Arrisabalaqaya üstünlük verir. 

İnsayder Kristian Falk: "Layptsiq"in futbolçusu Konrad Laymer "Çelsi"yə keçməkdən imtina edib. O, gələn yay "Bayern Münhen"ə keçmək niyyətindədir. 

25 yaşlı avstriyalı yarımmüdafiəçinin klubu ilə sözləşməsi gələn yay başa çatır. 

"The Telegraph": "Çelsi"nin transfer etmək istədiyi futbolçuların adları bəlli olub. London klubunun siyahısında "Borussiya Dortmund"dan Cud Bellinqem, "Vest Hem"in yarımmüdafiəçisi Deklan Rays və "Layptsiq"dən müdafiəçi Yoşko Qvardiol var. Bunlarla yanaşı, klub yeni qapıçı varinatını da nəzərdə keçirir. 

Qeyd edək ki, Bellinqemi "Real Madrid" və "Liverpul" da heyətinə qatmaqda maraqlıdır. 

Fanat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top