“Əsas odur ki, Qərb sülh müqaviləsinin şərtsiz bağlanılmasını qəbul edib” — Deputat

GÜNDƏM 23 noy 2022, 21:17
Kremlin Vardanyan soyadlı dələduzu Xankəndinə "dövlət naziri" göndərməsi hayları xeyli sevindirib.  Vardanyan ona verilən tapşırıqların icrasına Qarabağda yeni "rus mərkəzi" açmaqla başlayıb.

Milli Məclisin deputatı Rüfət Quliyev Demokrat.az-a açıqlamasında bildirib ki, həm Ermənistanın özündə, həm də xaricdə olan diasporada, o cümlədən ən çox Fransada, Kaliforniyada, Portuqaliyada müəyyən qüvvələr var ki, onlar məsələni qarışdırmaqla məşğuldurlar.

“Bunlar istəyirlər ki, hansısa bir formada bu saziş uzansın və yaxud bu, başqa bir formada sazişə keçirilsin. Amma, Cənab Prezidentin qəti qərarı var. Onun qəti qərarını da bütün aparıcı ölkələr dəstəkləyir. Burada təbii ki, Paşinyanın da müəyyən marağı ola bilər. Dəqiq deyə bilmərəm. Çünki marağı onda olmalıdır ki, o özünü xilas etməyə çalışır. Yəni, öz hakimiyyətini nə qədər uzatsa, bir o qədər də maraqlıdır. Amma, artıq dünya bunu qəbul edib. Əsas odur ki, Avropa, Qərb və ABŞ qəbul edibdir ki, sülh müqaviləsi şərtsiz bağlanmalıdır. Bizim üçün maraqlı budur. Prezident İlham Əliyev də bununla bağlı sözləri çox zərgər dəqiqliyi ilə seçilib və bütün abu-havanı, işin gedişatını qiymətləndirir”.

Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
30 noy 2022, 17:57
Top