İran ordusu ölkənin Kürdüstan əyalətinə yeridilib

REGİON 23 noy 2022, 16:11
İran hakimiyyəti sərhədi qorumaq və kürd silahlı qrupları ilə mübarizə aparmaq üçün ordunu ölkənin qərbində, Kürdüstan əyalətinə yeridib. 

Demokrat.az
“Jamaran” agentliyinə istinadən bildirir ki, bu barədə İran parlamentinin deputatı Məhəmməd İsmayıl Kousəri deyib.

“Separatçılar ölkəmizin bir hissəsini ələ keçirmək üçün İraq Kürdüstanında peyda olublar”-deyə deputat bildirib.

“Ölkənin qərb hissəsinə əhalinin təhlükəsizliyi və sərhədin müdafiəsi üçün quru qoşunları göndərilib”-deyə Kousəri vurğulayıb.

Qeyd edək ki, oktyabr ayında SEPAH İraqın şimalındakı anti iran qruplarına qarşı hərbi əməliyyata başlayıb.

Azpost.info

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top