Ziyafət Əsgərov: “Dövlət qulluqçusu niyə siyasi partiya üzvü olmasın?”

DAXİLİ SİYASƏT 23 noy 2022, 14:13
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Siyasi partiyalar haqqında” qanun layihəsinin yeni variantının müzakirəsi zamanı müxalifətçi deputatlar tərəfindən səsləndirilən bəzi iradlara münasibətini bildirdi.

“Bu gün ölkədə 50-dən çox partiya olsa da, çoxpartiyalı sistem hələ oturuşmayıb. Məqsəd də odur ki, siyasi partiyalara belə şərait yaradılsın”-deyə, Z.Əsgərov bildirdi.

Deputat əlavə etdi ki, Azərbaycan iqtidarı və dövləti bu məsələdə siyasi partiyaların rolunun artmasında maraqlıdır.

“Dövlət qulluqçusu niyə siyasi partiya üzvü olmasın? Hüquq mühafizə orqanlarının əməkdaşları, dini qurumların əməkdaşlarının siyasi partiya üzvü ola bilmir, bu normaldır. Amma dövlət qulluqçusunun da hüquqları var” - Z.Əsgərov iradlarla razılaşmadı./musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top