“Dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısı alınmalıdır”

DAXİLİ SİYASƏT 23 noy 2022, 12:20
“Siyasi partiyalar haqqında qanunun qəbulu Azərbaycanda yeni sistem formalaşdırmağa və demokratik dövlət kimi güclənməyə böyük töhfədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Müəyyən məqamlar var ki, hansısa qanun tərəfindən məhdudiyyət qoyulur, həm partiya yaradıcılarına, həm partiyada siyasi fəaliyyətlə məşğul olan şəxslərə… Məsələn, dini ekstremizmin və dini faktorun siyasətdən kənarlaşdırılması kimi. Bu, bir ehtiyacdır. Xarici dövlətin Azərbaycanın siyasi sisteminə hansısa Vardanyanların, Medvedçukların yol açmasına imkan verməmək zənnimcə, çox məntiqlidir və zəruridir”, - deyə Asim Mollazadə qeyd edib. 

O, eyni zamanda qeyd edib ki, dövlətin partiya fəaliyyətinə müdaxiləsinin qarşısı alınmalıdır: “Bunlara ehtiyac varmı? Düşünürəm ki, bütün məhdudiyyətlər ciddi şəkildə azaldılmalı və ya qanundan çıxarılmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top