Zelenski Ukraynanın yenidən qurulması ilə bağlı konfrans keçirəcək

GÜNDƏM 22 noy 2022, 22:47
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın əvvəlində Ukraynanın sürətli yenidən qurulması ilə bağlı konfrans keçirəcək.

Demokrat.az
Ukrayna mətbuatına istinadən bildirir ki, o, bu barədə Fransa merlərinin və bələdiyyə başçılarının 104-cü Konqresindəki çıxışında bildirib.

Zelenski bunun üçün  Fransa prezidenti Emmanuel Makron ilə razılığa gəlib. O qeyd edib:

“Dünən mən cənab prezident Emmanuel Makronla Rusiyadan müdafiə üçün birlikdə nə edə biləcəyimizi danışdım. Bizim bir sıra razılaşmalarımız var. Xüsusilə, dekabrın əvvəlində Ukraynanın sürətli bərpası ilə bağlı konfransın keçirilməsi haqqında”.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top