Trampın bərpa olunan “Twitter” hesabı qısa müddət ərzində 86 milyon izləyici topladı

DÜNYA 21 noy 2022, 08:43
ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Twitter” sosial şəbəkəsində blokdan çıxarılan hesabı sosial şəbəkə istifadəçilərinin böyük marağına səbəb olub.

Hərçənd, siyasətçinin özü orada yeni paylaşımlar etmək fikrində olmadığını bildirib.

Tramp 8 yanvar 2021-ci ildə hesabının dondurulması nəticəsində 90 izləyicisini itirib. Lakin bərpa olunduqdan saatlar sonra artıq onun səhifəsinə 86 milyon abunəçi yazılıb.

Siyasətçinin səhifəsində artıq bütün əvvəlki paylaşımlar görünür, onları bəyənib şərh yaza bilərsiniz.

Donald Trampın özü isə şəxsi “Truth Social” internet platformasını tərcih edir.//Oxu.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top