Xatun oğlunun toyuna İrəm Dəricini gətirəcək?

ŞOU-BİZNES 20 noy 2022, 21:48
"Şərimə gəlməyən xeyrimə gəlməsin. Çətin günümdə olmadılar. Olsaydılar, onlarla barışardım. Amma oğlumun toyuna gəlməsinlər".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Space maqazin" proqramında deyib. Sənətçi oğlu Adilin toyundan danışıb. O, məclisə dəvət edəcəyi türkiyəli ifaçının kimliyi haqda sualları cavablandırıb.

Bildirilib ki, məclisə İrəm Dəricinin gələcəyi gözlənilir. Hazırda bunun üçün ifaçı ilə danışıqlar aparılır.

Qeyd edək ki, Xatunun övladının toyu noyabrın 28-də olacaq.

DİGƏR XƏBƏRLƏR

Top