Trampın “Twitter” hesabı blokdan çıxarılıb — FOTO

DÜNYA 20 noy 2022, 10:58
ABŞ-ın keçmiş prezidenti Donald Trampın "Twitter" hesabı blokdan çıxarılıb.

Bu barədə "Twitter" şirkətinin yeni sahibi, sahibkar İlon Mask hesabların bərpasına dair sorğunun nəticələrinə əsasən qərar verib.

Sorğuda iştirak edən 15 milyon respondentin əksəriyyəti (51,8 %) bunun lehinə olub.

Donald Trampın özü də Maskın sorğusuna “heç yerə hazırlaşmadığını” bildirməklə reaksiya verib və özünün “Truth” sosial şəbəkəsini xüsusi adlandırıb.

Xatırladaq ki, “Twitter” 2021-ci ilin yanvarında Respublikaçı tərəfdarların Kapitoliyə hücumu fonunda Trampın hesabını bloklamışdı. Platformanın rəhbərliyi qərarını “zorakılığa daha da təhrik etmək riski” ilə əsaslandırıb. Həmçinin siyasətçinin səhifələri feysbuk, instaqram, “Snapchat” və “Twitch” sosial şəbəkələri tərəfindən bloklanıb.

Oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top