“İran qıcıqlanıbsa, getsinlər su içsinlər” — Deputat

SİYASƏT 19 noy 2022, 15:32

“Azərbaycana dost və müttəfiq olan İsraildə səfirliyin açılması çox müsbət və zəruri hadisədir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. Deputat qeyd edib ki, bununla yanaşı Azərbaycan beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq Fələstində də diplomatik nümayəndəlik açır:

“Bununla da, Azərbaycan bütün beynəlxalq hüquq normalarına, BMT-nin qərarlarına riayət etdiyini nümayiş etdirir. O ki qaldı İran adlanan ərazidəki həyəcana, İran Ermənistanın qardaş ölkəsi olduğuna görə, heç vaxt Azərbaycanın qələbəsinə sevinməyib. Əksinə, Ermənistana dəstəyi daha da gücləndirir və Ermənistanla birgə Azərbaycana təzyiqlər göstərmək istəyir. Onun üçün də onlar qıcıqlanıblarsa, getsinlər su içib, sakit olsunlar. Çünki İranın terroru dəstəkləyən ölkə kimi dünyada tanınması İran üçün daha ciddi problemlər yaradacaq. Onun Azərbaycana yaxud da ki, digər bizim qonşularımıza təzyiq və təsir göstərmək imkanları demək olar ki, yoxdur. Azərbaycan öz dostlarıyla, öz müttəfiqləri ilə siyasətini razılaşdırıb, həyata keçirir. Hesab edirəm ki, bu istiqamətdə də Azərbaycan çox düzgün və vaxtında olan addımlar atacaq”.

Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top