Moldovanın eks-prezidenti ev dustaqlığından azad edildi

DÜNYA 18 noy 2022, 20:35
Moldovanın keçmiş prezidenti İqor Dodon ev dustaqlığından azad edilib.

Bu barədə Moldova Respublikasının Ali Ədliyyə Məhkəməsi qərar qəbul edib.

Bununla bağlı keçirilən məhkəmə iclası “Telegram” kanalında yayımlanıb.

“İqor Dodonun ev dustaqlığında saxlanılması ilə bağlı ittiham tərəfinin tələbi rədd edilsin. Eyni zamanda o, 60 gün məhkəmə nəzarətində qalacaq və bu müddət ərzində onun ölkədən çıxışı qadağandır”, - deyə hakimin səsləndirdiyi hökmdə qeyd edilib.

Xatırladaq ki, Dodon mayın sonunda saxlanılıb və ona qarşı dövlətə xəyanət, qanunsuz şəkildə varlanma, korrupsiya və partiyanı qanunsuz maliyyələşdirmə ittihamları irəli sürülüb. Vəkillərin sözlərinə görə, ona qarşı səkkiz cinayət işi açılıb, onlardan üçü məhkəmələrə yönləndirilib. Müdafiə tərəfi məhkəmənin açıq keçirilməsində israrlıdır.

Eks-prezident bildirib ki, onun günahsızlığına dair sübutları var. O hesab edir ki, onun həbsinin arxasında Prezident Maya Sandu və Avropayönlü Fəaliyyət və Həmrəylik Partiyası dayanır.
2021-ci il seçkilərində Moldova Respublikası Sosialistlər Partiyasının məğlubiyyətindən sonra Dodon partiya lideri postunu tərk edərək Moldova-Rusiya Biznes İttifaqına rəhbərlik edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top