İranda 5 bal gücündə zəlzələ

REGİON 17 noy 2022, 23:30
İranda 5 bal gücündə zəlzələ baş verib. 

Demokrat.az  xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzindən verilən açıqlamada, yerli vaxtla saat 17:29-da Hörmüzqan əyalətinin Kunq şəhərində 5 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

Bildirilib ki, zəlzələ yerin 16 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ bölgəsinə yardım qruplarının göndərildiyini bildirən Hürmüzgan Qubernatorluğunun Böhran Vəziyyətlərində İdarəetmə Baş direktoru Mehrdad Həsənzadə, bildirib ki, zəlzələdən zərər çəkmiş ətraf rayonlarla əlaqə saxlanılıb və ölüm hadisəsinin olmadığı öyrənilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top