BMT Rusiyaya zəmanət verdi

DÜNYA 17 noy 2022, 22:24
BMT Rusiyanın kənd təsərrüfatı ixracatındakı problemlərinin həllinə zəmanət verib.

Demokrat.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamasında deyib. 

O, BMT-nin Rusiyanın ərzaq və gübrə ixracını təmin etmək üçün işlərin tamamlanacağına dair təminat verdiyini bildirib.

Peskov Qara dəniz taxıl dəhlizi sazişinin uzadılmasında Rusiyanın narahatlığının nəzərə alındığını ifadə edib.

Peskov 4 ay daha uzadılan taxıl müqaviləsinin müddətinin qeyri-müəyyən vaxta qədər uzadılması ilə bağlı danışıqların aparılmadığını bildirib.

Jalə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top