İranda daha bir terror aktı törədilib, ölənlər var

REGİON 17 noyabr 2022, 08:56
Çərşənbə günü İranın İsfahan əyalətində naməlum silahlı motosikletçilərin açdığı atəş nəticəsində azı iki nəfər ölüb, eyni sayda insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, həlak olanların hər ikisi hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Agentlik hadisəni terror aktı adlandırıb.

Bundan əvvəl Xuzistan əyalətinin İza şəhərindəki bazarlardan birində atışma olub, nəticədə 5 nəfər ölüb, eyni sayda yaralanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top