Azərbaycanda bölgələr özləri-özlərini maliyyələşdirə bilərmi? — AÇIQLAMA

İQTİSADİYYAT 16 noy 2022, 17:05
“Azərbaycanda bölgələrin özünün maliyyələşdirilməsi üçün düşünürəm ki, regionlarda bilavasitə kənd təsərrüfatının sözün həqiq mənasında ciddi inkişafına ehtiyac vardır. Düzdür, müəyyən metodoloji yanaşmaların tətbiqi ilə bir sıra rayonların özünün maliyyələşdirilməsi ilə bağlı balanslı göstərici çıxarmaq olar. Ancaq nəzərə alsaq ki, bu rayonların böyük əksəriyyətində xərclərin böyük hissəsi mərkəzləşdirilmiş qaydada həyata keçirilir. Yəni, belə deyək kənd təsərrüfatı sahəsində, yolların salınmasında, müəllimlərin, həkimlərin, sosial təminat işlərinin həyata keçirilməsində bir sıra qəbildən olan proseslər var ki, bu bilavasitə mərkəzləşmiş büdcədən həyata keçirilir”. 

 Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib. 

“Əgər bölgələrdə insanların iqtisadi və sosial həyatının təmin olunması üçün mərkəzləşdirilmiş büdcədən ayrılan vəsaitləri nəzərə almasaq, digər vəsaitləri hansısa rayonun özü müəyyənləşdirir deyə bilərik. Bu, birmənalıdır. Amma nəzərə alsaq ki, böyük həcmdə mərkəzləşdirilmiş büdcədən vəsaitlərin hesabına həmin rayonlar öz xərclərini ödəməyə qadirdir. Digər bir faktor isə rəqəmlərə qaçmadan ölkədən olan urbanizasiya prosesinin vəziyyətinə biz baxmış olsaq, görərik ki, rayon əhalisinin işləmək üçün Bakıya üz tutur. Əgər hansısa rayonun əhalisi Bakıya daha çox üz tutursa, deməli həmin rayonun özünün maliyyələşdirilməsi ilə bağlı bir problemi vardır. Çünki əgər bir rayon özünün maliyyələşdirə bilirsə, həmin rayonun sakini mərkəzə üz tutmaz. Başqa sözlə, rəqəmlərin statistik təhlilinə əlavə olaraq, bir vizüal baxışla hansı rayon əhalisinin mərkəzi şəhərlərə, ələlxüsus da Bakıya dolanışıq üçün kütləvi üz tutması baş verirsə, bu artıq həmin rayonun özünün dolandıra bilməməsinin bir göstəricisi hesab oluna bilər”.

Ekspertin sözlərinə görə, Azərbaycanda rayonların özünü maliyyələşdirməsi üçün kifayət qədər geniş potensialları var.

“Sadəcə olaraq, bu potensialı reallaşdırmaqdan ötrü mütləq şəkildə regionlarda sahibkarlığın inkişafına mümkün qədər çox dəstək vermək lazımdır. Ucuz maliyyə vəsaitinə əlaçatanlığı təmin etmək lazımdır və kənd təsərrüfatında emal sənayesinin inkişafına yönəlik güzəştlər paketi qəbul olunmalıdır. Bu yolla biz rayonların özünün maliyyələşdirmə imkanlarını artıra bilərik”.

Aynurə 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top