Tovuzda qadın öldürülüb: Qətli törətməkdə şübhəli bilinən əri saxlanılıb

HADİSƏ 16 noy 2022, 00:09
“Tovuz Rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kənd sakini, 1985-ci il təvəllüdlü Rüstəmova Ramilənin bir neçə bıçaq zərbəsi alaraq qətlə yetirilməsi barədə məlumat daxil olub”.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.

DİN rəsmisi bildirib ki, dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb:

“Araşdırmalarla qətlin mərhumun keçmiş həyat yoldaşı tərəfindən törədilməsi məlum olub. Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov maddi sübtla birlikdə saxlanılaraq prokurorluğa təqdim edilib”.

İlkin istintaq zamanı aydın olub ki, qətli törətməkdə şübhəli bilinən X.Rüstəmov cib bıçağı ilə həyat yoldaşına bir neçə zərbə vuraraq başını kəsmək istəmiş, lakin kəsə bilməmişdir.
Hazırda cinayət işi üzrə araşdırmalar davam edir

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top