İlham Əliyevin Edi Rama ilə təkbətək görüşdü — YENİLƏNDİ

SİYASƏT 15 noy 2022, 20:43
Noyabrın 15-də Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

Görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, fəal siyasi dialoqun həyata keçirildiyi bildirilib.

Söhbət zamanı Albaniyanın Baş naziri Edi Ramanın bu ilin aprelində Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi işində önəmi qeyd olunub. İqtisadi və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

XXX

Noyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top