Solovyov əsəbiləşdi: “Xerson vilayəti işğal olunur, KTMT haradadır?” — VİDEO

DÜNYA 15 noy 2022, 09:16
Rusiyalı teleaparıcı Vladimir Solovyov KTMT-nin mövcudluğunun məqsədəuyğunluğu məsələsini qaldırıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə o, “Vladimir Solovyovla axşam” verilişinin buraxılışında bildirib.

“Ərazilərimiz işğal edilir: Zaporojye, Luqansk, Xerson vilayəti. KTMT haradadır? Bəzi təşkilatların mövcudluğunun mənası ilə bağlı sual yaranır. Onlara (Qazaxıstanı nəzərdə tutur) lazım olanda hazır olurlar, növbə bizə çatanda isə yox”, deyə Solovyev qeyd edib.

Xatırladaq ki, KTMT üzv ölkələrin müdafiəsini gücləndirmək üçün yaradılan bir təşkilatdır. Quruma Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Bizim.Media
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top