Fəxrəddin Manafov mərhum həyat yoldaşından danışıb kövrəldi — VİDEO

İNCƏSƏNƏT 14 noy 2022, 14:23
"Rəsmi 44, ümumilikdə 48 il bir yerdə olduğum, məni qabaqlayıb dünyasını dəyişən o qadın mənə çox şeyi öyrətdi. Deyirlər ki, qadın kişidən ağıllı olmamalıdır və s. Amma əksinə... Vahidə çox güclü bir şəxsiyyət idi".

Demokrat.az
Axşam.az-a istiandla xəbər verir ki, bu sözləri Xalq artisti Fəxrəddin Manafov Mehriban Ələkbərzadənin "Ağ & qara" layihəsində deyib. Aktyor ötən il dünyasını dəyişən həyat yoldaşı Vahidə Sadıqovadan bəhs edib. Manafov xanımından danışarkən kövrəlib:

"Deyirlər ki, qadın kişidən ağıllı olmamalıdır... Amma əksinə... Vahidə çox güclü bir şəxsiyyət idi. Vahidə çox ağıllı, zəkalı, oxumuş, intellektual, istedadlı, maraqlı insan idi. Dünyasını dəyişəndə mən bir söz dedim. Özüm də şaşırdım. Dedim ki, mən səninlə sona qədər tanış ola bilmədim. Qadın bir gücdür. Onu oxumaq, onu qaldırmaq, onu anlamaq mümkün deyil. Heç cürə... Qadın mənim əxlaqımdır, yerişimdir, danışığımdır. Qadın məni tərbiyə edir. Məndən, ilk növbədə, insan olmağı, kişi olmağı tələb edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top