Oğurluq etdiyi evdə şəxsiyyət vəsiqəsini düşürdü

KRİMİNAL 12 noy 2022, 18:33
Bakıda və Abşeronda 50 evdən oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər də mənzil oğurluqları etdiyi üçün dəfələrlə məhkum edilmiş Əhliman Atamovun Xəzər rayonunda 10 evdən pul və  qızıl-zinət əşyaları oğurladığı məlum olub. Saxlanılan şəxs əldə etdiyi qızıl-zinət və məişət əşyalarını paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıb. Araşdırmalar zamanı Əhliman Atamovun Binəqədi, Suraxanı, Sabunçu və Abşeron rayonları ərazisində də daha 40 evdən oğurluq etdiyi müəyyən edilib.

O, həmin evlərdən də ancaq pul və qızıl-zinət əşyaları oğurlayıb.

Qeyd edək ki, Əhliman Atamov Sabunçu rayonunda oğurluq etdiyi mənzillərin birindən çıxan zaman şəxsiyyət vəsiqəsini də həmin evdə düşürüb.

Araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top